2 avqust tarixində Bravo supermarketlər şəbəkəsinin süd kateqoriyası üzrə meneceri Əli Ələkbərov və menecer müavini Fidan Qədirova, eləcə də "Şam-Fi" MMC-nin şəbəkə marketlər üzrə müdiri Eldar Heydərov və bölgə müdiri Kənan Məmmədov "Milk-Pro" MMC-nin Hövsanda yerləşən zavodunda olublar.

"Milk-Pro" MMC-nin direktoru Azər Xəlilov və keyfiyyət üzrə menecerin rəhbərliyi altında zavodla praktiki tanışlıq olub, məhsulların istehsalı birbaşa izlənilib. Hər bir avadanlıq haqqında ətraflı məlumat verilərək ümumi iş prosesi izah edilib.

Nəzərinizə çatdıraq ki, "Milk-Pro" MMC 1991-ci ildən etibarən istehlakçılara müasir avadanlıqlarla və ciddi texnoloji tələblərə uyğun olan  keyfiyyətli və təbii süd məhsullarının istehsalı ilə məşğuldur. Gündəlik istehsalat gücü 150 ton olan zavodda 2001-ci ildən keyfiyyətin idarə olunması, Beynəlxalq Keyfiyyət Standartı ISO 9001 sertifikatına uyğun şəkildə “Sevimli Dad” və “Mpro” adı ilə pendir, xama, kefir, ayran, dovğa, kərə yağı və s. süd məhsulları istehsal edilərək qablaşdırılır.