Tərkibi:

Qazmaq üçün:

1. 200 qr peçenyə
2. 100 qr Pınar Kərə yağı

Krem üçün:

1. 400 qr Pınar Bəyaz
2. 200 ml Pınar qaymaq
3. 150 qr şəkər (Bizim Aşçı)
4. 3 yumurta
5. 30 qr un (Bizim Aşçı)
6. 1 paket vanil

Hazırlanması:

İlk öncə, peçenyələr blenderdə yaxşıca qarışdırılır. Daha sorna əridilmiş Pınar kərə yağı peçenyələrin üzərinə əlavə edilir və çörək qırıntılarına bənzəyən bir qarışım əldə edilir. Növbəti mərhələdə əldə edilən qarışımı sobaya əlavə edəcəyiniz qəlibə əlinizlə yaxşıca sıxışdıraraq əlavə edin.  

Pınar Bəyaz pendirini, qaymağı və şəkəri yaxşıca çırpın. Daha sonra yumurtaları tək-tək qarışımın üzərinə əlavə edib yüngülcə çırpın. Ən sonda isə un və vanil əlavə edib qaşıqla asta şəkildə qarışdırıb dayanın.

Əldə edilən qarışımı qəlibə yerləşdirdiyiniz peçənyə qırıntılarının üzərinə əlavə edin.

Sobanın orta hissəsinə çizkeykin olduğu qəlibin yanında istiyə davamlı bir qabın içərisi dolu olan su ilə birlikdə yerləşdirin.  

160 dərəcə tempraturda üzəri qızarana qədər 1 saat ərzində bişirin. Çizkeyk hazır olduğu zaman dərhal sobanın içərisindən qəlibi çıxarmayın və əlavə bir saat da saxlayın.

Meyvə sousu hazırladığınız zaman isə onu ilıq şəkildə çizkeykin üzərinə əlavə edin və 4-6 saat soyuducuda saxlayın.

Nuş olsun! heart