Qədim tarixi olan ləzzətli və ətirli türk qəhvəsinin hazırlanması üçün 2 dəqiqə kifayətdir. Qəhvənin qaydaya uyğun şəkildə hazırlanması onun dadına təsir edən başlıca amildir. Bunu həm kofe aparatında, həm də ənənəvi üsul olan cezve ilə hazırlamaq mümkündür. Bu postda sizə cezve ilə hazırlanma qaydası ilə tanış edəcəyik. 
 

1. Qəhvə fincanı ölçüsündə su cezveyə əlavə edilir.

 

2. Hər fincana görə 2 qaşıq (6 qr) türk qəhvəsini əlavə edilir. Zövqə görə şəkər istifadə edilə bilər.

 

3. Aşağı odda qəhvə yaxşıca qarışdırılır. 

 

4. Bir müddət sonra qabaran köpük fincana servis edilir.

 

5. Qəhvə yenidən bir müddət bişirilir. Daşma səviyyəsinə çatıp köpükləndikdən sonra fincana tökülür. 

 

6. Türk qəhvəsini içməzdən əvvəl sadə suyun qəbulu ləzzətli qəhvə aromasının ağızda yayılmasına kömək edir. 

 

Mənbə