Şam-Fi MMC-nin yaranmasının 15-ci il dönümü ilə əlaqədar olaraq sentyabrın 16-da əməkdaşlarımız arasında “Şam-Fi Futbol Kuboku 2019” turniri start götürüb. Turnirdə Bakı və region olmaqla iki mərhələ üzrə görüşlər həyata keçirilir. Belə ki, ümumilikdə 14 komandanın yer aldığı turnirdə Bakı üzrə 8, region üzrə 6 komanda iki qrup olmaqla bir-biri ilə üz-üzə gələcək. Hər mərhələdə qrup üzrə ilk iki yeri tutan komanda növbəti mərhələyə keçmə şansını əldə edəcəkdir.

Final oyunu Bakı və regionun qalib komandaları arasında baş tutacaqdır.

Bütün oyunlar Azərbaycan Futbol Federasiyaları Assosasiyasının (AFFA) hakimlər briqadası tərəfindən idarə olunur və 264 saylı tam orta məktəbinin həyətindəki “AzFar Group”a aid meydançada oynanılır.

Xatırladaq ki, turnirin keçirilməsində başlıca məqsəd əməkdaşlar arasında kommunikasiyanın yaranması və ünsiyyətin genişlənməsi, asudə vaxtın səmərəli təşkili və futbola olan maraq və diqqətin artırılması məqsədi daşıyır.

Açılış oyunundan video görüntü: