Beynəlxalq qida məhsullarının distribütoru olan Şam-Fi ilə STEP IT Academy arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Şam-Fi və STEP IT Academy arasında memorandumun imzalanması informasiya və kommunikasiya texnologiyaları sahəsində təhsilin davamlı inkişafı, İKT sahəsində maarifləndirici proqramların icrası, elm, təhsilə bağlı müxtəlif layihələrə dəstəyin verilməsi və bu sahənin geniş ictimaiyyət arasında birgə tanıtımı üçün əhəmiyyətli şərait yaradır.

Şam-Fi hazırda ölkəmizdə fəaliyyət göstərən ticarət nöqtələrinə keyfiyyətli və vaxtında satışın təşkilini həyata keçirmək və işlərin mükəmməl və sürətli olması üçün mümkün yeni texnologiyadan istifadə edir.

Qarşılıqlı əməkdaşlıq gənclərin inkişafı üçün yeni imkanlar açacaq və təhsilin irəli aparılmasına şərait yaradacaq.

STEP IT Academy 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 20 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 18 min tələbə və 95 min məzuna sahibdir.