20 oktyabr tarixində Ümumdünya Çörək Günü münasibətilə “Azeri Home Chefs” qrupunun təşkilatçılığı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı, Şam-Fi və Aznarın sponsorluğu ilə MidTown Baku otelində “Çörək müsabiqəsi” keçirilmişdir.

Tədbirin başlıca məqsədi həvəskərların ev şəraitində hazırladığı çörəklərin nümayiş, təcrübə paylaşımı, və çörəyin əhəmiyyətini qeyd etmək idi.

 

Məşhur aşpazlar və restoratorlar tərəfindən bişirilən çörəklər qiymətləndirildikdən sonra bütün iştirakçılar sponsorlardan qiymətli hədiyyələr aldı, ilk üç qalib isə söz verilmiş pul mükafatlarını aldı.

Nəzərinizə çatdıraq ki, Şam-Fi MMC distribütoru olduğu Pınar, President və Sevimli Dad brendləri ilə təmsil olunub.

Tədbirdən görüntüləri Sizlərə təqdim edirik.