Oktyabr ayının ilk günlərindən həm fəaliyyətə başlayışının 27 illiyi ilə əlaqədar, həm də məhsulları istehlakçıya birbaşa təqdim etmə məqsədi ilə paytaxtın müxtəlif şəbəkə marketlərində daddırma aksiyaları keçirən Sevimli Dad 15-21 oktyabr tarixləri arasında "Bravo" Supermarketlər şəbəkəsində keçirilən “Azərbaycan məhsulları həftəsi” kampaniyasında  istehlakçılarla yenidən görüşdü. Belə ki, həmin tarixlərdə “Sevimli Dad” və “Mpro” məhsullarının müxtəlif çeşidləri istehlakçılara təqdim edilərək həm dadma şansı yaradıldı, həm də məhsullar haqqında geniş informasiya verildi.