Türkiyənin dondurulmuş qida istehsalında tanınmış markası olan “Superfresh”-in “Megastore” marketlər şəbəkəsinin Həzi Aslanov metro stansiyasının yaxınlığında və Gənclik prostektində (Bakıxanov) yerləşən filiallarında daddırma aksiyası keçirilir. Belə ki, noyabr ayının 30-dan start verən kampaniya dekabr ayının 2-ə qədər davam edəcəkdir. İstehlakçılar brendin pendirli və ispanaqlı börəklərindən dadmaq üçün market daxilində qurulmuş stendlərinə yaxınlaşa və məhsulların tərkibi və keyfiyyəti ilə bağlı informasiya əldə edə bilərlər.

Bundan əlavə, istehlakçılar həmin filiallarda davam edən “1+1” aksiyası çərçivəsində “Tepsi böreği ıspanak/peynir” və “Mini börek peynirli” çeşidlərindən birini almaqla digərini hədiyyə şəkilində əldə edəcəklər.