Şirkət haqqında

Şam-Fi” MMC 2004-cü ildə yaranmışdır. İlk zamanlar topdan satış mərkəzi kimi fəaliyyətə başlayan şirkətimiz qısa müddət ərzində inkişaf edərək yüksək səviyyəli xidməti ilə seçilən müasir ticarət şirkətinə çevrilmişdir.

 

Daha sonra istehlakçılara daha yüksək səviyyəli xidmət göstərmək və keyfiyyətli brendlərin Azərbaycan vətandaşlarının istifadəsinə təqdim edə bilmək məqsədilə şirkətimiz distribüter fəaliyyətinə qədəm qoyur. Başlanğıcda yalnız Türkiyə Respublikasından qıda məhsullarının idxalı ilə fəaliyyətə başlayan şirkətimiz, hazırda əməkdaşlıq etdiyi ölkələrin siyahısına Rusiya Ukrayna, Almaniya, Hollandiya, Fransa, İtaliya, Belçika, Misir və s. kimilərini əlavə etmişdir.

Distribüter olduğumuz şirkətin məhsullarının öncə Bakı şəhərində, az bir müddətdən sonra isə Azərbaycanın bütün bölgələrində satışının təşkil edilməsini həyata keçirdik. Şirkətimiz Azərbaycanda, Bakı şəhərində yerləşən mərkəzi anbarı, Cənub bölgəsini əhatə edən Lənkəran şəhərində yerləşən filialı, Mərkəzi aran rayonları əhatə edən Şirvan filialı, Qərb bölgəsini əhatə edən Mingəçevir və Gəncə filialları ilə təmsil olunur. Şirkətimizin müasir anbar infrastrukturuna malik olması inkişafımızın ən mühim ünsürlərindən biridir.

Əlavə olaraq, Bakı şəhərində fəaliyyət göstərən 7 “Grandmart” və 2 "Premiummart" mağazaları Azərbaycan istehlakçısının xidmətindədir.