Əmək siyasətimiz

Yeniliklərə açıq bir şirkət olaraq hər zaman inkişaf edən texnalogiyalara ayaq uyduraraq həm texniki həm nəzəri biliklərin tətbiqində “Əmək” bazarının liderlərindənik. “Şam-Fi” üçün “insan” digər bilinən fəaliyyətləri hərəkətə keçirən əsas qaynaqdır. “Birlikdə qazanmaq” prinsipi ilə işçilərini qucaqlayan şirkət, aparıcı vəzifələri icra edəcək əməkdaşlarını daxildən yetişdirməyə böyük əhəmiyyət verir. Bu səbəbdəndə şirkət daxili təlimlərlə işçilərin seçdikləri istiqamətlərdə fərdi və peşə qabiliyyətlərini inkişaf etdirməyə şərait yaradır.

“Şam-Fi" MMC-də çalışanlar, icra etdikləri vəzifələri idarəedənlər olaraq qəbul olunduqlarından işlərində daha da uğurlu ola bilmələri üçün şirkət tərəfindən günün standartlarına cavab verən lazımi iş şəraiti ilə təmin olunurlar.

“Şam-Fi" ailəsinə yeni qoşulanlar üçün İnsan Resursları Departamenti tərəfidən uyğunlaşma proqramı tətbiq olunur. Uyğunlaşma proqramının tətbiqindəki məqsədimiz yeni əməkdaşlarımızın işə başladıqları gündən etibarən şirkətdə yadlıq çəkməmələrini, özlərini ailənin bir üzvü kimi hiss etmələrini və gördükləri işdən məmnuniyyət hiss edəbilmələrini təmin etməkdir.

Əmək siyasətimiz

Şirkətimiz sürətlə inkişaf edən əmək bazarı şərtlərində və artan rəqabət mühitində, sahib olduqları bacarıq və fərdi keyfiyyətləri ilə uğur qazana biləcək ən uyğun namizədlərin aşkarlanaraq “Şam-Fi” ailəsinə daxil edilməsi üçün daim çalışır.

Əməkdaşlıq

Bizimlə əməkdaşlıq etmək istəyən namizədlər açıq vakansiyalar üzrə internet səhifəmizdəki müraciət bölməsindən müraciət edə bilərlər. Açıq vakansiyalara edilən müraciətlər İnsan Resursları Departamentinin işə qəbul üzrə mütəxəssisləri tərəfindən incələnərək şöbə rəhbərlərinə təqdim edilir və uyğun görülən namizədlər müsahibələrə dəvər alırlar. İşə qəbul müddətini uğurla başa vuran namizədlərə yekunda İnsan Resursları Departamenti vasitəsilə iş təklifi edilir.

Şirkətimizdə çalışan əməkdaşlarımızın məvacibləri, imtiyazları və əlavə ödənişləri müvafiq olaraq icra edilən vəzifəyə uyğun taarif maaş və əməyin qiymətləndirmə sistəmlərinə görə təyin edilir. İşçilərimizə ədalətli, mövcud əmək bazarıyla rəqabət edəbiləcək məvacib və imtiyazlar paketi təqdim olunur. Təyin edilən imtiyazlar, əlavə ödənişlər işçilərin ehtiyacları və günümüzün tələbləri istiqamətində daim təkmilləşdirilir.