SuperFresh Milföy ilə almalı piroq

Nələr lazımdır?

Yaşıl alma – 5 ədəd

SuperFresh Milföy – 2 ədəd (400 qr)

Xərə yağı – 200 qr

Şəkər tozu – 200 qr

Darçın – 50 qr

Necə etməli? 
 

4 ədəd yaşıl almanı soyub doğrayın.

Tavada kərə yağını əridib üzərinə doğranmış almaları əlavə edin və diriliyini itirməyəcəyi şəkildə qovurun.

1 ədəd SuperFresh milföy xəmirini soba qabının üzərinə yerləşdirib üzərində çəngəllə kiçik deşiklər açın. Daha sonra alma dilimlərini milföyün üzərinə əlavə edin və şəkər tozu səpin.

İkinci milföy xəmirini isə almaları örtəcək şəkildə yerləşdirin və şəkər ilə darçını qarışdırıb xəmirin üzərinə səpin.

Qalan almanı isə yumuru formada doğrayıb piroqun ətrafına düzün.

150 dərəcələlik öncədən isidilmiş sobanın içərisində 23-35 dəqiqə bişirin.

Soyuduqdan sonra ətirli prioqu servis edin.

Nuş olsun. 

Digər xəbərlər

Bütün yeniliklər